Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

"Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəlaiyyət Planı"na uyğun olaraq MAİ tərəfindən İdarənin və dövlət arxivlərinin 2018-ci ildə fəaliyyəti barədə rəsmi hesabat dərc edilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası  arxiv təşkilatlarının fəaliyyəti ilk növbədə  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından və onların icrası barədə ali hakimiyyət və icra orqanlarının müvafiq fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir. “Milli arxiv fondu haqqında”, “Vətəndaşların müraciətləri  haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədlərdən, həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlardan, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir. Eyni zamanda  dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur.

Hazırda Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 433 ştat vahidi  və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

2018-ci il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 553496 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4 268 276 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 724915 manat olmuşdur. Hesabat dövründə büdcə vəsaitinin səmərəli xərclənməsi təmin olunmuşdur. Aidiyyəti dövlət orqanlarına maliyyə vəsaitindən istifadə olunmasının uçotu və statistikası barədə müəyyən olunmuş qaydada hesabatlar təqdim edilmişdir.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli  Sərəncamının 2.2-ci yarımbəndinin tələbinə əsasən Milli Arxiv İdarəsinin əmri ilə Açıq Hökumətin təşviqinə dair 2018-cı il üçün  Milli Fəaliyyət Planı üzrə proqram təsdiq edilmişdir.

“Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin işi daha da yaxşılaşdırılmışdır. Belə ki,  elektron xidmətlərinin sayı 3-ə çatmış, İdarə Elektron Hesabatlar sistemini tam olaraq işə salmışdır. Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS) üzrə sınaq işləri sonlandırılmışdır.

Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar İdarənin əsas inzibati binasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, həmçinin onların müraciətlərinin qəbulu üzrə yaradılmış “Bir Pəncərə” Sistemi üzrə  müvafiq hesabat ilində 9414 vətəndaşa şəffaf, nümunəvi arxiv xidməti göstərilmiş, onlardan 6855-ə hüquqmüəyyənedici arxiv arayışı, arxiv çıxarışı və ya arxiv sənədlərinin təsdiq edilmiş surətləri, həmçinin müvafiq rəsmi cavablar verilmişdir.

 

Daha ətraflı BURADAN tanış ola bilərsiniz. 


Bugün: 254
Dünən: 658
Bu həftə: 912
Son həftə: 4913
Bu Ay: 12684
Son Ay: 22161
Bu İl: 57231
Ümumi: 1077652
1077652