Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə şagirdlərin Dövlət Arxivinin Gəncə filialına ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Gəncə filialının 2025-ci ilin İş Planına uyğun olaraq, Samux rayonu, Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdlərinin Dövlət Arxivinin Gəncə filialına ekskursiyası təşkil olunub.

Adıçəkilən məktəbin direktor müavini Nurlana Səmədzadənin rəhbərliyi ilə ekskursiyada iştirak edən şagirdlərə filialın direktoru Eleonora Süleymanova tərəfindən filialın fəaliyyəti, sənədlərin mühafizə şəraiti haqqında ətraflı məlumat verildi. Filialın əməkdaşları tərəfindən şagirdlər mühafizəxanalar və onların iş rejimi ilə əyani qaydada tanış edildilər. 

E. Süleymanova 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verdi. Bildirildi ki, yalın əllə sovet tanklarının qarşısına çıxan xalqımızın igid oğul və qızları azadlığımızın və müstəqilliyimizin ilkin qaranquşları oldular. Xalq olaraq həmin dövrdən başladığımız azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsi və Antiterror əməliyatı ilə məntiqi sonluğa çatdı. 

Daha sonra şagirdlər filialda daimi saxlanılan Vətən Müharibəsi Şəhidlərinin şəxsi mənşəli fondlarında mühafizə edilən sənədlərə baxış keçirdilər.


Bugün: 449
Dünən: 1004
Bu həftə: 2320
Son həftə: 6433
Bu Ay: 9635
Son Ay: 30801
Bu İl: 144830
Ümumi: 1457414
1457414