Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Həmkarlar İttifaqı Komitəsinin növbəti seçki-hesabat konfransı keçirilmişdir.

 Konfransda İdarənin rəis müavini Əsgər Rəsulov, ADİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev, MAİ HİK-nin sədri Həbib Həsənov, komitə üzvləri və digər Hİ üzvləri iştirak edirdilər. Konfransa başlamazdan əvvəl son dövrdə dünyasını dəyişmiş əməkdaşların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Protokola uyğun olaraq konfransa sədr və katib seçildi. Konfransın sədri Əsgər Rəsulov AR MAİ HİK-nin son dövrdəki fəaliyyəti haqqında çıxış etdi. Sonra AR MAİ HİK-nin sədri Həbib Həsənovun və MAİ HİK Təftiş Komissiyasının məruzəsi dinlənildi. Məruzələr ətrafında ARDETSA-nın direktoru Şahsuvar Həşimov, ARDƏİA-nin direktoru Könül Nəsibova çıxış etdi və HİK-nin son dövrdəki fəaliyyəti konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab edildi. Sonra MAİ HİK-nə üzvlər seçildi. İclasın sədri növbəti dəfə sədrliyə Həbib Həsənovun namizədliyini irəli sürdü, onun namizədliyi konfrans iştirakçılarının səs çolxuğu ilə qəbul edildi. Daha sonra MAİ HİK-nin Hesabat-Seçki Konfransının qərarı dinlənildi və ADİİXİ Hİ RK-nin VI qurultayına nümayəndə seçildi.

Sonda ADİİXİ Hİ RK-nin sədr müavini Əbülfəz Mehtiyev RK-nin fəaliyyəti, qarşıda duran vəzifələr barədə yekun nitq söylədi, təkliflər irəli sürdü və yeni seçilmiş sədr və komtə üzvlərinə uğurlar arzuladı.

                


Bugün: 679
Dünən: 676
Bu həftə: 2727
Son həftə: 4358
Bu Ay: 18857
Son Ay: 22161
Bu İl: 63404
Ümumi: 1083825
1083825