Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlamışdır. Həmin məktubda qeyd edilmişdir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

Ə.Rəsulov kollektivdə çalışan xanımlar haqqında bildirmişdir ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşlarımızın 82 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti həm İdarənin mərkəzi aparatında həm dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar. Belə ki, 6 respublika dövlət arxivinin 2-nə, dövlət arxivinin 15 filialından 6-na, 57 rayon (şəhər) dövlət arxivindən 9-na qadın rəhbərlik edir. Bundan əlavə İdarə yanında fəaliyyət göstərən Mərkəzə, Mərkəzi Laboratoriyaya, həmçinin YAP MAİ ilk ərazi təşkilatına da qadın əməkdaşlarımız rəhbərlik edir.  

Ə.Rəsulov bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  təbrik etdi, onlara uzun ömür, işlərində müvəfəqiyyətlər arzuladı.

               Sonda xatirə şəkli çəkdirildi.


Bugün: 727
Dünən: 835
Bu həftə: 4004
Son həftə: 4759
Bu Ay: 13835
Son Ay: 20754
Bu İl: 79136
Ümumi: 1099557
1099557