Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Milli Arxiv İdarəsində tədbir təşkil edilib.

Tədbirdə çıxış edən İdarənin rəisi Əsgər Rəsulov müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışıb. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadiyyatın, elmin, mədəniyyətin və digər sahələrdə inkişafın təmin edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Natiq ölkədə arxiv işinin yenidən qurulmasında, təkmilləşdirilməsində ulu öndərin xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyevin “Arxiv işlərinə gərək çox ciddi fikir verək.  Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif  edənlərin qarşısını almaq üçün çox mühüm amildir” sözləri bügun Azərbaycan arxivçilərinin əsas şüarıdır.

Tədbirdəki çıxışlarda vurğulanıb ki, Heydər Əliyev tərəfindən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun müəyyən edilməsi, Azərbaycanın dünya birliyinə uğurla inteqrasiya olunması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına, eləcə də bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlər qurulmasına səbəb olub. Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli hədəflər müəyyən edən uğurlu enerji və nəqliyyat strategiyası Azərbaycanda, eləcə də regionun tərəfdaş ölkələrində inkişafın, rifahın və əmin-amanlığın təmin edilməsində, ölkəmizin regiondakı strateji və iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayıb.  


DİGƏR XƏBƏRLƏR



Bugün: 874
Dünən: 1012
Bu həftə: 874
Son həftə: 7197
Bu Ay: 27487
Son Ay: 26944
Bu İl: 101652
Ümumi: 1414236
1414236