Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar. Bəşəriyyətin mütərəqqi qüvvələrinin birgə səyləri ilə dirçəlməkdə olan erməni faşizminin qarşısı alınmalıdır.

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə ithaf olunur. 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun "Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar. Bəşəriyyətin mütərəqqi qüvvələrinin birgə səyləri ilə dirçəlməkdə olan erməni faşizminin qarşısı alınmalıdır." sərlövhəli məqaləsi Kaspi qəzetinin 30 mart-1aprel tarixli, 056 (3654) saylı buraxılışında dərc edilmişdir. 

 

Təcavüzkar erməni-daşnak qüvvələri iki yüz ildən artıq bir müddətdir ki, şovinist havadarlarının dəstəyi ilə Qafqazda müxtəlif miqyaslı qırğınlar və talanlar törədirlər. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibə nəticəsində Şimali Azərbaycan Rusiya imperiyasının əsarəti altına keçdikdən sonra çar hakimiyyəti İran və Türkiyədən on minlərlə erməni ailələrini azərbaycanlıların yaşadıqları ərazilərə köçürərək bu torpaqlarda məskunlaşdırdı. Rusiya ilə İran arasında bağlanılmış Gülüstan (12 oktyabr  1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi sənədlər, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi  haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisyanovun imzaladıqları Kürəkçay müqaviləsi təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş  və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə olmamışdır.

 XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir çox tarixi mənbələrdə, o cümlədən S.N.Qlinka, N.İ.Şavrov, A.S.Qriboyedov, V.L.Veliçko, S.P.Zelinski və  başqalarının əsərlərində əks olunmuşdur. XIX əsrin 90-cı illərinin ortalarından etibarən erməni məsələsinin Türkiyədən Zaqafqaziyaya köçürülməsi, ”Daşnaksütyun” partiyasının burada fəaliyyətinin gücləndirilməsi Qafqazda milli düşmənçilik və ədavət toxumlarını səpdi.  Daşnaklar bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törədərək özlərinin həqiqi simalarını göstərməyə başladılar.

 

Çar hakimiyyətinin yürütdüyü mürtəce siyasətə cavab olaraq Azərbaycanın tanınmış ziyalıları və görkəmli ictimai-siyasi xadimləri millətin taleyi  ilə bağlı məsələlərin həll edilməsi uğrunda fəal mübarizəyə qoşuldular. M.Ə.Rəsulzadənin"Stalinlə ixtilal  xatirələri” kitabında qeyd  edildiyi  kimi: "Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman  unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir  münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi”.

Məqalə ilə daha yaxından BURADAN və ya KASPİ qəzetindən tanış ola bilərsiniz. 


Bugün: 148
Dünən: 420
Bu həftə: 148
Son həftə: 2036
Bu Ay: 6256
Son Ay: 11881
Bu İl: 95685
Ümumi: 208304
208304