Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli bəstəkar, xalq artisti, ictimai xadim Tofiq Quliyevin 100 illik yubileyi ilə bağlı arxiv sənədlərindən geniş istifadə olunur.

Görkəmli bəstəkar, xalq artisti, ictimai xadim Tofiq Quliyevin 100 illik yubileyi ilə bağlı Dövlət Səs Yazıları Arxivində mühafizə olunan arxiv sənədlərindən geniş istifadə olunur.  Bu məqsədlə Arxivdə bəstəkarın şəxsi fondunda mühafizə edilən səs və video sənədlər seçilərək hazırlanmışdır. Ehtiyacı olan sənədlər bərpa edilərək sənətkarın yaradıcılıq janrları üzrə müvafiq siyahı tərtib edilmişdir. Siyahıya ümumilkdə 730 saxlama vahidi fono və video sənədlər daxil edilmişdir.

Tofiq Quliyevin 100 illik yubileyi münasibətilə müraciət edən qurumlara arxiv tərəfindən qanunvericilikdə müəyyən edilmiş əsaslarla arxiv sənədlərindən istifadə edilməsi üçün şərait yaradılmış və aidiyyəti arxiv xidmətinin göstərilməsi təmin edilmişdir.  


Bugün: 1398
Dünən: 1290
Bu həftə: 5732
Son həftə: 9028
Bu Ay: 14760
Son Ay: 34711
Bu İl: 347517
Ümumi: 1660101
1660101