Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli incəsənət xadimi, əməkdar artist Hacıməmməd Qafqazlının teatr və incəsənət fəaliyyətinə həsr edilmiş virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir.

 

Qafqazlı (Quliyev) Hacıməmməd Ələkbər oğlu Azərbaycan teatr səhnəsində epizodik rollar üzrə ən istedadlı ifaçılardan biri olmuşdur. O, 1898-ci ildə Lənkəran şəhərində doğulmuşdur. Rus-müsəlman məktəbində təhsil gördükdən sonra 14 yaşındaOrucov qardaşlarının mətbəəsində mürəttib (tərtibatçı) kimi əmək fəaliyyətinə başlayır. Teatr sənətinə olan hədsiz marağı həmin dövrdə onu  Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə və ziyalılarla yaxından tanışlığına səbəb olur. Məhz, bu maraq onu Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi dram dərnəyinə gətirir. O, dərnəkdə Mirzə Qoşunəli (“Bəxtsiz cavan”) və Zöqhaq (“Dəmirçi Gavə”) rollarında çıxış edir.

İlk dəfə peşakar səhnə fəaliyyətinə görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi mərkəzi fəhlə klubunda başlayır. 1920-ci ildə isə Maştağada ilk fəhlə klubu yaradaraq, klubun nəzdində dram dərnəyi təşkil edir. Burada bir çox dramaturqların əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərir.

1922-ci ildə istedadlı gənci Abbas Mirzə Şərifzadə təkidlə Dövlət Dram Teatrına dəvət edir. Dəvəti qəbul edən gənc aktyor eyni zamanda teatr texnikumunda da təhsil alır. Hacıməmməd Qafqazlı ömrünün sonuna qədər bu teatrda çalışaraq 200-dən artıq müxtəlif səpkili obrazlar yaratmışdır.

Hacıməmməd Qafqazlıbu illər ərzində kino sahəsində də özünü sınamışdır. 1923-cü ildə “Qız qalası əfsanəsi” filmi ilə başlayan kino yaradıcılığı bir çox yaddaqalan flm ilə davam etmişdir.“Səbuhi”, “Fətəli xan”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, ”Arşın mal alan”, “Şərikli çörək” filmləri buna misaldır.

Hacıməmməd Qafqazlı teatr sahəsindəki xidmətlərinə görə Azərbaycan SSRəməkdar artisti (1943) adına layiq görülümüşdür.

Qocaman sənətkar 1982-ci ildə 84 yaşında vəfat etmişdir.

Sərgi ilə səhifəmizin "Virtual sənəd sərgiləri" bölməsindən tanış ola bilərsiniz. 

 


Bugün: 735
Dünən: 890
Bu həftə: 2447
Son həftə: 5867
Bu Ay: 18145
Son Ay: 20754
Bu İl: 83446
Ümumi: 1103867
1103867