Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə 135 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi kino sənəd təhvil verilib.

Kino – foto sənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini, Şəhər İcra Hakimiyyətinin  fəaliyyətini, AR Prezidenti  İlham Əliyevin Lənkərana  səfərlərini, rayondakı dövlət  orqanlarının və təşkilatlarının  fəaliyyətini, o cümlədən son  illər bərpa olunmuş çay  plantasiyalarını, sitrus  bağlarını, yeni istifadəyə  verilmiş hava limanını, meyvə-tərəvəz kombinatını, Heydər Əliyev xatirə parkını, yeni tikilmiş yaşayış binalarını, uşaq evlərini, məktəbləri, əsaslı təmir olunmuş mərkəzi xəstəxananın binasını, Lənkəran Dövlət Universitetinin yeni tikilmiş tədris – istehsalat korpuslarını, Lənkəran Regional Diaqnostik mərkəzi, dəmir yol vağzalını, yenidən qurulmuş avtomobil yollarını, məhkəmə binasını, turizm obyektlərini, otelləri, parkları, tarix – diyarşünaslıq muzeyinin əsaslı təmir olunmuş binasını, Həzi Aslanov parkının yenidən qurulmasını əks etdirir. Hal – hazırda Arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 23
Dünən: 988
Bu həftə: 3604
Son həftə: 5867
Bu Ay: 19302
Son Ay: 20754
Bu İl: 84603
Ümumi: 1105024
1105024