Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Bakı filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilmişdir.

 Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

    Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

    Növbəti seminar 19 may 2017-ci il tarixində Dövlət Arxivinin Bakı filialında baş tutmuşdur. Seminarda DA Bakı filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Abşeron və Xızı rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər. 

      Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları -  Natiq Eminov, Həbib Həsənov və Cəmaləddin Cavadov tərəfindən aparılmışdır.

      Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  


Bugün: 150
Dünən: 1177
Bu həftə: 5303
Son həftə: 7846
Bu Ay: 24719
Son Ay: 26944
Bu İl: 98884
Ümumi: 1411468
1411468