Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyəti və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.

12 aprel 2019-cu il tarixində Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyəti və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. İclasda MAİ Kollegiyasının üzvləri, Nazirlər Kabinetinin səlahiyyətli nümayəndəsi, MAİ-in əməkdaşları, Respublika Dövlət Arxivlərinin rəhbərləri və əməkdaşları, Dövlət Arxivi Filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdilər.

İclası giriş nitqi ilə açıq elan edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməsindən keçən bir il ərzində görülmüş sosial-iqtisadi tədbirlərin dövlət arxivlərinə, həmçinin arxivçilərə və onların sosial təminatına daha da müsbət təsir göstərdiyini və bunun arxivlərə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirdi. Ə.Rəsulov qeyd etdi ki, cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır.  İnkişaf edən digər sahələr kimi dövlət arxivləri də bu inkişafdan geri qalmamağa, öz işini dünya standartları səviyyəsində qurmağa çalışır.

Daha sonra İdarənin rəis müavini Həsən Həsənov Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə  2018-ci  ildə  respublika arxiv təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlik olduğu qeyd edildi.

Natiq hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması, “Bir Pəncərə” sistemi haqqında  və aidiyyəti üzrə digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verdi. 

Məruzə ətrafında çıxış edənlər 2018-ci ildə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təkliflər barəsində öz fikirlərini bildirdilər.

Yekunda çıxış edən Ə.Rəsulov qarşıda duran əsas vəzifələr haqqında danışarkən Azərbaycan Respublikasında 2020-ci ildə  arxiv quruculuğunun 100  illiyinin qeyd edilməsi, arxivçilərin peşə bayramının təsis edilməsi və arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, Respublikada arxiv işi sahəsində qanunvericilik bazasının və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi, dövlət arxivlərinin lazımi binalarla təmin olunması və maddi-texniki təchizatının möhkəmləndirilməsi, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə hazırlanmış 2019-2023-cü illər üzrə Dövlət Proqramı layihəsi haqqında məlumat verdi. Arxiv işi sahəsində respublika arxivçilərinin üzərinə düşən məsuliyyəti qeyd edərək, bu sahədə onlara uğurlar arzuladı.  

Sonda Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 

 

 

 

 


Bugün: 966
Dünən: 988
Bu həftə: 4547
Son həftə: 5867
Bu Ay: 20245
Son Ay: 20754
Bu İl: 85546
Ümumi: 1105967
1105967