Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov Rusiyada Beynəlxalq konfransda iştirak etmişdir.

 20-23 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində  “Elektron sənədlərin idarə olunmasının aktual problemləri”mövzusunda XXIV Beynəlxalq  Konfrans təşkil edilmişdir. Konfransda iştirakçı kimi Azərbaycan, Belarus, Almaniya, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Polşa, Sloveniya, Tacikistan, Özbəkistan, Finlandiya və İsveç nümayəndələri iştirak edirdilər. Tədbirdə Azərbaycanı Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

Beynəlxalq konfrans çərçivəsində elektron sənədlərlə iş kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi  informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər, elektron sənədlərin hüquqi qüvvəsi və s. haqqında  məruzələr dinlənilmişdir.

Konfrans öz işini seminar və dəyirmi masalarla davam etdirmişdir. 

 


Bugün: 270
Dünən: 987
Bu həftə: 4534
Son həftə: 4759
Bu Ay: 14365
Son Ay: 20754
Bu İl: 79666
Ümumi: 1100087
1100087