Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şirvanda 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.

         Şirvanda 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.  Şirvan şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Dövlət Arxivinin Şirvan filialı “Milli mətbuatımız arxiv yaddaşında” adlı sərgi ilə  iştirak edib.  Sərgidə Azərbaycan Respublikasının Milli Arxiv Fondunun tərkibinə daxil olan mətbuatımızın yaradıcılarına aid sənədlər nümayiş olunub. Milli mətbuatımızı quranlardan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadəyə aid əlyazma sənədlər, fotolar nümayiş olundu. Sərgi materialları arasında 1892-ci ildə rus demokratı Nikolay Çernişevskidən gələn məktub da vardı. Bunlardan əlavə Dəbistan məcmuəsindən bir parça, Əli Mərdan bəy Topçubaşovun öz həyat yoldaşı Pəri xanımın anasına- Həsən bəy Zərdabinin həyat yoldaşı Həmidə xanıma 29 yanvar 1894-cü il tarixdə yazdığı məktub, eləcə də Şirvan şəhərində yayımlanan “Mayaq” və “İşıq” qəzetlərindən nümunələr yer alıb.


Bugün: 441
Dünən: 1177
Bu həftə: 5594
Son həftə: 7846
Bu Ay: 25010
Son Ay: 26944
Bu İl: 99175
Ümumi: 1411759
1411759