Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olmuşlar.

Bakı şəhərində rəsmi səfərdə olan  Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olmuşlar. Qonaqları Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov qəbul etmişdir. Görüşdə ikitərəfli əlaqələr, arxiv işinin müxtəlif sahələri, xüsusən sənədlərin elektron daşıyıcılara köçürülməsi və arxivlərdə elektron xidmətlər sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər müzakirə olunmuşdur. 

İrada Ayupova Tatarstan və Azərbaycan xalqları arasında tarixi əlaqələri və mövcud  dostluq münasibətlərini diqqətə alaraq arxiv işi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə gələcəkdə arxivlərarası əməkdaşlıq haqqında Sazişin imzalanmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir. 

Qonaqlar Respublika Dövlət Arxivlərini gəzmiş və mühafizəxanalarda sənədlərin saxlanma şəraiti ilə tanış olmuşlar.

Görüşün sonunda qarşılıqlı olaraq arxiv sənədləri əsasında hazırlanmış jurnal və kitablar hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.  


Bugün: 1493
Dünən: 1290
Bu həftə: 5827
Son həftə: 9028
Bu Ay: 14855
Son Ay: 34711
Bu İl: 347612
Ümumi: 1660196
1660196